25.02.2025, 10:20
130 baxış
Lamiyə
Naməlum xəstəlik 53 nəfərin həyatına SON QOYDU
Mərkəzi Afrika ölkəsi Konqo Demokratik Respublikasının şimal-qərbindəki Ekvator bölgəsində yanvarın 21-dən yayılmağa başlayan naməlum xəstəlik 53 nəfərin həyatına son qoyub.
Medianews.az xəbər verir ki, bölgədəki həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ümumilikdə 419 xəstə aşkarlanıb.
Mütəxəssislər bildirirlər ki, əksər hallarda simptomların başlaması ilə ölüm arasındakı vaxt 48 saatdır. Bu da narahatlıq yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının Afrika Ofisi bildirib ki, ilk epidemiya üç uşağın yarasa dişləməsi və hemorragik qızdırma simptomları nəticəsində 48 saat ərzində ölməsindən sonra Boloko şəhərində başlayıb, ikinci epidemiya isə fevralın 9-da Bomate şəhərində baş verib.
Medianews.az
Paylaş: