Medianews.az
Bipolyar pozğunluğun <span style=color:red> ƏLAMƏTLƏRİ
182 baxış

Bipolyar pozğunluğun ƏLAMƏTLƏRİ

İnsanın əhval-ruhiyyəsinin hədsiz dərəcədə dəyişdiyi psixiatrik xəstəlik olan bipolyar pozğunluğun iki ayrı prosesi var: maniya (yüksək əhval-ruhiyyə) və depressiya (aşağı əhval). Medianews.az xəbər verir ki, 2023-cü ildə xəstəxanaya yerləşdirilən britaniyalı aşpaz Heston Blumenthal bipolyar pozğunluğun ilkin xəbərdarlıq əlamətlərini paylaşıb. Həftədə 120 saat işlədiyini, cəmi 20 saat yatdığını deyən ingilis aşpaz, yorğunluğun onun təxəyyül və yaradıcılığını artırdığını  qeyd edib. Cəmi bir neçə saat yatdığı gecələrin halüsinasiyalar və intihar düşüncələrini artırdığını ifadə edən Blumental 3 həftə psixi sağlamlıq xəstəxanasında müalicə olunub. Həkimlər yuxusuzluğun və həyəcanın məşhur aşpazın bədənində ölümcül stress yaratdığını müəyyən ediblər. Ona, bipolyar pozğunluq diaqnozu qoyulub. Bipolyar 2, bipolyar 1-dən daha çox müntəzəm depressiya epizodlarını ehtiva edir, maniya isə insanın həddindən artıq aktiv hiss etməsinə səbəb olur. Bu mərhələdə halüsinasiyalar və hezeyanlar baş verə bilər. Bu dövrdə məşhur aşpaz televizorda baxdığı insanların onunla danışa biləcəyini düşünürdü. İdmanla məşğul olmağın bipolyar pozğunluq əlamətlərini aradan qaldırdığını deyən 58 yaşlı aşpaz kikboksinq sayəsində xəstəliyinə nəzarət edə bildiyini açıqlayıb. Narkotik müalicəsindən sonra çox sakit bir insana çevrildiyini bildirən Heston Blumenthal, bu cür psixoloji xəstəliklərə gəldikdə mütləq peşəkar kömək istənilməsi lazım olduğunu vurğulayıb. Bipolyar pozğunluq aşağıdakı simptomlarla özünü göstərir: Həddindən artıq enerjili, həyəcanlı və ya əsəbi olmaq Yuxuya ehtiyac yoxdur Sürətli düşünmə və danışma Aşağı risk qavrayışı, şişirdilmiş fikirlər və ya qərarlar Sosial münasibətlərdə problemlər Depressiya dövründə aşağıdakı simptomlar müşahidə edilə bilər: Uzun müddət davam edən kədər, ümidsizlik və ya boşluq hissləri İştahsızlıq və ya həddindən artıq yemək Yuxusuzluq və ya hipersomniya Enerji itkisi, istək çatışmazlığı Özünə zərər vermə və ya intihar düşüncələri Medianews.az

Bizə qoşulun