Medianews.az
Bakının bu rayonunda <span style=color:red>qaz olmayacaq
190 baxış

Bakının bu rayonunda qaz olmayacaq

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Medianews.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə C.Məmmədquluzadə, H.Ələsgərov, H.Sarabski, A.Qurbanov, Mərdanov qardaşları, N.Vəzirov, M.Sənani, A.Səhhət, N.Yusifbəyli, İ.İsmayılov küçələrində, Azərbaycan Dövlət Tibb Universiteti və 1 nömrəli xəstəxana ərazisində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizə qoşulun