04.02.2025, 13:58
                
                
                  
                  186 baxış
                
                
                  
                  
                    Lamiyə
                  
                                  
              Hədə-qorxu gələrək 100 min dollar tələb etdilər - TUTULDULAR
 
                Polis hədə-qorxu gələrək pul tələb edənləri tutub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, 31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 000 dollar tələb etməsi barədə polisə müraciət edib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.