Medianews.az
Alvaro Morata rəsmən<span style=color:red> “Qalatasaray”da
144 baxış

Alvaro Morata rəsmən “Qalatasaray”da

“Qalatasaray” “Milan”ın futbolçusu Alvaro Moratanı heyətinə cəlb etdiyini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, ispaniyalı hücumçu ilə 1 illik  icarə müqaviləsi imzalanıb. Klub Moratanın transferinin detalları ilə bağlı rəsmi açıqlama da yayıb. İstanbul təmsilçisi 32 yaşlı futbolçunun icarəsi üçün “Milan”a 6 milyon avro ödəyəcək. “Sarı-qırmızılar” futbolçunun özünə də 6 milyon avro maaş verəcək. “Qalatasaray” gələn ilin yanvarında satınalma şərtini aktivləşdirsə, “Milan”a 8 milyon avro ödəməlidir. Bildirilib ki, bu ödəniş 6 hissəyə bölünə bilər. Qeyd edək ki, “Milan” Alvaro Moratanı mövsümün əvvəlində “Atletiko”dan transfer edib. İspaniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol vurub, 2 qol ötürməsi edib.

Bizə qoşulun