Medianews.az
Bu klub Juninyo üçün “Qarabağ”a <span style=color:red>5 milyon təklif etdi
266 baxış

Bu klub Juninyo üçün “Qarabağ”a 5 milyon təklif etdi

Adı İspaniyanın “Sevilya” klubunun rəsmi transfer siyahısında olan “Qarabağ”ın hücumçusu Juninyo ilə daha bir əcnəbi klub - Braziliyanın “Flamenqo” klubunun maraqlandığı iddia edilib. Medianews.az Qol.az-a istinadla xəbər verir ki, bu barədə İspaniya mətbuatı yazıb. Məlumata görə, Rio-De-Janeyronu təmsil edən klub hücumçusu Qabriel Barbozanın gedişinə hazırlaşır və onun əvəzləyicisi qismində Juninyonu görür. Hətta klubun bunun üçün “Qarabağ”a 5 milyon avro təklif etməyə hazır olduğu da bildirilir. Bu məbləğ “Sevilya”nın “Qarabağ”a təklif etdiyindən artıqdır. Son məlumata görə, “Sevilya” Juninyonun transferi üçün Ağdam klubuna 4 milyon avro (üstəgəl, 500 min bonus) yenilənmiş təklif irəli sürüb. İspan mediası yazır ki, Braziliya klubunun təklifi “Sevilya”ya problem yarada bilər.

Bizə qoşulun