15.12.2024, 14:32
114 baxış
Nailə
İran yenə hədələdi: İsrail bunun əvəzini ödəyəcək
Bəşər Əsəd hökumətinin devrilməsindən sonra İsrail Suriyanın suverenliyinə qarşı təcavüzün əvəzini ödəməli olacaq.
Medianews.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri SEPAH komandanı Hüseyn Salami deyib.
“Sionistlər Suriyanı işğal etdikləri üçün ağır əvəz ödəyəcəklər. Onlar bu torpaqda basdırılacaqlar. Amma bunun üçün vaxt lazımdır”, - Salami bildirib.