29.11.2024, 07:47
193 baxış
Lamiyə
FİFA ilin futbolçusu mükafatına namizədləri AÇIQLADI
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Federasiyasının (FIFA) versiyasına görə ilin futbolçusu mükafatına namizədlər siyahısına daxil edilib.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.
Siyahıda Messidən başqa daha 10 futbolçu var. Onların arasında “Real Madrid”in fransız hücumçusu Kilian Mbappe, “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holland, həmçinin İspaniya millisinin yarımmüdafiəçisi Rodri yer alır.
İlin ən yaxşı məşqçisi adına namizədlər də bəlli olub. Siyahıda beş mütəxəssis yer alıb: Karlo Ançelotti (Real Madrid), Pep Qvardiola (Mançester Siti), Xabi Alonso (Leverkuzen), Lionel Skaloni (Argentina millisi) və Luis de la Fuente (İspaniya millisi). Qaliblər azarkeşlər, eləcə də bütün milli komandaların kapitanları və məşqçiləri və media nümayəndələrinin səsverməsi ilə seçiləcək.
Paylaş: