10.10.2024, 16:19
233
baxış
Azad
Telejurnalist: "AYNA-nı tənqid edənlər, elə AYNA-ya işləyirlər"
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) onsuz da hamı tənqid edir. Hətta artıq AYNA-nı tənqid etmək inflyasiyaya uğrayıb. Çünki elə bir həddə düşüb ki, o tənqidlər, əslində əks-effekt verir və AYNA-nın “araya salıb” doğurdan da özbaşınalıq etməsinə şərait yaranıb”.
Medianews.az xəbər verir ki, bu barədə telejurnalist Turan İbrahimov sosial media hesabında qeyd edib.
O bildirib ki, AYNA-nın “bazarını” başqa yerdə axtarmaq lazımdır.
Telejurnalistin qənaətincə, AYNA-nın özündən arxayın olduğu nüansları qabardanlar, bəlkə də elə Agentliyin özünə işləyirlər: “Yollarda, xüsusilə də geniş olmayan yollarda avtobus, velosiped zolaqları və parklanma yerlərinin təşkili təcrübəsi Londonda, Romada geniş yayılıb. Ölkədən kənara çıxmayanların lağ-lağı etməsi anlaşılandı. Çətini öyrəşib adaptasiya olana qədərdir. Bəs o gəzən, səyahət edən şəxslərə nə olub? Niyə bu qədər aqressivdirlər?! Əslində populizmin yoluxucu olduğunu sosioloqlar ən az iki yüzillikdir ki, sübut ediblər. Di gəl ki, bizdə, hazırda baş verənlər heç o da deyil. Məncə AYNA-nın “bazarını” başqa yerdə axtarmaq lazımdır. Ya da, AYNA-nın özündən arxayın olduğu nüansları qabardanlar, bəlkə də elə AYNA-ya işləyirlər. PR hiylələri çoxdur axı!”
Vüqar MƏMMƏDOV