15.05.2024, 15:08
105 baxış
Redaksiya
"Bu iddia doğru deyil" - Zaxarova açıqladı
“Rusiya sərhədçilərinin Ermənistanın beş rayonundan çıxarılmasının Bakı və İrəvan arasında razılaşmalar çərçivəsində həyata keçirildiyi barədə yayılan iddia doğru deyil”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya tərəfinin guya öz sərhədçilərinin Ermənistan ərazisindən tamamilə çıxarılmasını təklif etməsi ilə bağlı fərziyyələr həqiqətə uyğun deyil”,- o deyib.
Zaxarova qeyd edib ki, Rusiya və Ermənistan liderləri arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfinin xahişi ilə Azərbaycanla bir sıra həmsərhəd rayonlardan rus sərhədçilərinin çıxarılması müzakirə olunub.
Ayşən