22.04.2023, 20:59
32
baxış
TURAN
Bərdədə silahlı insident olub, yaralanan var
Bərdədə silahlı insident olub.
"Report"un Qarabağ bürosunun hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, hadisə bu gün axsam saatlarında Bərdə şəhəri, 26-lar adlanan ünvanda qeydə alınıb.
Belə ki, odlu silahdan açılan atəş nəticəsində bir nəfər xəsarət alıb. Yaralı Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin səbəbləri və yaralının kimliyi barədə araşdırma aparılır.