Prezident Ərdoğan taxılın kasıb ölkələrə yox, zəngin ölkələrə getdiyini ifadə edərək, “Ümid edirik ki, biz ən qısa zamanda Rusiyadan taxıl daşınmasına başlayacağıq və bu taxılı həqiqətən yoxsul ölkələrə çatdıracağıq”- deyib
Medianews.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfərdə olduğu Zaqrebdə təkbətək və heyətlərarası görüşlərdən sonra Xorvatiya Prezidenti Zoran Milanoviçlə birgə mətbuat konfransı keçirib:
“Əslində bu gün burada üç saziş imzalandı. Biz regionumuzda baş verən hadisələrlə bağlı fikir mübadiləsi apardıq. Rusiya – Ukrayna müharibəsini müzakirə etmək, onu ətraflı qiymətləndirmək, ümumiyyətlə, qarşılıqlı təmaslar və səfərlər imkanımız oldu”.
Ərdoğan vurğulayıb ki, bu gün prezident Milanoviç və TİKA-nın dəstəyi ilə Sişak şəhərində inşa edilən İslam Mədəniyyəti Mərkəzinin açılışını edəcəklər ki, bu bütün Avropaya və dünyaya mühüm mesaj verəcək.
Prezident əlavə olaraq bildirib ki, Türkiyə Balkanlardakı bütün hadisələri yaxından izləyir və bu mənada lazımi töhfələr verməyə davam edir:
“Görüşlərimiz zamanı Cənub-Şərqi Avropanın sülh və sabitliyini qorumaq və gücləndirmək üçün birlikdə atılacaq addımlar barədə məsləhətləşdik”. Biz bir daha Avropa Birliyinin bütövlüyünü və Avropaya inteqrasiyanı dəstəklədiyimizi vurğuladıq”.
Ərdoğan səfərin ölkələr və region üçün faydalı olmasını arzulayıb.
Türkiyə prezidenti görüşdə Rusiya prezidenti Vladimir Putinin Avropaya taxıl daşımalarının dayandırıla biləcəyini məsələsinə də toxunub:
“Bunun aradan qaldırılması üçün Səmərqənddə cənab Putinlə bu məsələləri ətraflı müzakirə edəcəyik. Ümid edirik ki, biz ən qısa zamanda Rusiyadan taxıl daşınmasına başlayacağıq və bu taxılı həqiqətən yoxsul ölkələrə çatdıracağıq”.
Aysel Şirinova
Medianews.az