29.08.2022, 10:09
135 baxış
Lamiyə
Türkiyə Pakistana kömək əli uzadıb
Türkiyə Pakistana humanitar yardım edib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə daşqına məruz qalan Pakistanın yardım çağırışını cavabsız qoymayıb. Yardım daşıyan iki təyyarə Pakistana çatarkən daha iki təyyarənin Ankaradan yola düşdüyü bildirilir.
Milli Müdafiə Nazirliyi Türkiyənin göndərdiyi humanitar yardım materiallarını daşıyan iki təyyarənin seldən zərər çəkmiş Pakistana çatdığını bildirib.
"Sel zamanı zərər çəkən pakistanlı qardaşlarımız üçün humanitar yardım materialları daşıyan təyyarələrimiz Pakistana çatıb. Bir daha həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, Pakistan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik!” - nazirlikdən bildirilib.
Ayşən Azadova
Medianews.az