Türkiyə ordusu İraqın şimalında əməliyyat keçirib.
Bu barədə Medianews.az “haberglobal”a istinadən xəbər verir.
Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqın şimalında keçirilən antiterror əməliyyatı nəticəsində 7 PKK-lı zərərsizləşdirilib.
“Terrorla mübarizəmiz əzm və qərarlılıqla davam edəcək!”, – deyə məlumatda qeyd olunub.
Xanlar Əlibəy
Medianews.az