Çərşənbə, 1 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru nə zamana qədər davam edəcək?

XƏYALƏ
16/08/2022 17:03
709
BAXIŞ
FacebookTwitterTelegram

 

Sosial şəbəkələrdə erməni vandallarının Xocalı və Laçın meşələrinə od vurmalarının görüntüləri yayılıb. Əraziləri tərk edən ermənilər bu addımı qisas məqsədilə atdıqlarını bildirirlər. Bu davranışları Azərbaycan ictimaiyyətini çox da təccübləndirmir. Çünki ermənilər Qarabağı işğal etdikdən sonra orada təbiətə qarşı terror aparıblar. Vətən müharibəsinin ardınca torpaqları tərk edən ermənilər eyni addımları atmışdılar. Ətraf mühitə böyük ölçüdə zərər verən erməniləri beynəlxalq ictimaiyyət cəzasız qoydu. Ermənilərin təbii qırğınlarının cəzasız qalmamağı üçün Azərbaycanın etməli olduqları maraq doğurur.

Məsələ ilə bağlı Medianews.az-a danışan “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun şöbə rəisi, ekoloq İslam Mustafayev bildirib ki, təbiətə zərər verən istənilən şəxs cəzalandırılmalıdır:

“Təbii sərvətlərimizə qarşı törədilən cinayəti dayandırmaq üçün əlimizdən gələni etməliyik. Dünya ictimaiyyəti bu məsələyə ayrı-seçkilik etmədən münasibət bildirməlidir. Çünki bu hər kəsin dünyasıdır. Nəinki ermənilər, öz vətəndaşlarımız da bu qaydalara əməl etməlidir. Əməl etməyən şəxslər qanunvericiliyə uyğun olaraq cəzalandırılır. Bununla bağlı müxtəlif cərimələr, qanunvericilik aktları var”.

Ekoloqun fikrincə, ermənilər təbiətə vurduğu ziyanı gec-tez hiss edəcəyik:

“Ermənilərin Laçında, Xocalıda törətdikləri yanğınlar bir az fərqli situasiyadır. Beynəlxalq konvensiyalara görə qonşu ölkənin vətəndaşları dövlətimizin sərhədləri daxilindəki təbiəti yandırırsa, bu həm sərhədi pozmaqdır, həm də təbiətə zərər verməkdir. Belə vəziyyətdə transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi ilə cəza tətbiq edilməlidir. Bu cür hərəkətlərlə 5-6 konvensiyanın şərtlərini pozublar. 30 il idi ki, torpaqlarımızdakı mədəni, təbii sərvətləri məhv ediblər. Beynəlxalq ictimaiyyət buna hələ də susur. Xankəndi təmizlənənə qədər bu proses davam edəcək. Onlar təbiətə, mədəni abidələrə zərər verəcəklər. Erməni vəhşiliyi ilə bağlı dünyanın müxtəlif təşkilatlarına müraciət etməliyik. Həmin davranışlar səhralaşma prosesini və iqlim dəyişikliyini sürətləndirəcək”.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev də son günlər Laçın və Xocalı meşələrinə ermənilər tərəfindən od vurulmasını nümayiş etdirən görüntülərdə əks olunanları qətiyyətlə pisləyir və bu hərəkətləri təbiətə qarşı cinayət və ekoloji terror kimi qiymətləndirir:


“Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunun, təəssüf ki, bu gün də davam etməsinin şahidiyik.

“Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilər təkcə xalqımıza qarşı deyil, eyni zamanda təbiətimizə və təbii sərvətlərimizə, bütövlükdə isə bəşəriyyətə qarşı ekoloji terror aktını həyata keçirməkdə davam edirlər. İşğal dövründə Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Şuşa meşələrini yandırmaqla kifayətlənməyən ermənilərin, indi də Xocalı və Laçın ərazisindəki meşə ərazilərimizi yandıraraq ətraf mühitə qəsdən zərər vurması, bu ərazilərin onlara məxsus olmadığını göstərməklə bərabər, təbiətə düşmən münasibətin birbaşa təsdiqidir”.

Nazir müavini bildirib ki, qeyd olunan hadisə daha detallı araşdırılacaq və mövcud faktlar beynəlxalq hüquqa müvafiq olaraq qiymətləndiriləcək”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov da məsələ ilə bağlı bizimlə söhbətində ermənilərin o torpaqlardan çıxacaqlarını eşitdikdən sonra həmişəki kimi ekoloji terrora başladıqlarını vurğuladı:

“Ermənilər çıxarkən belə qanunsuz olaraq 30 il ərzində məskunlaşdıqları evlərə və təbiətə zərər vurublar. Təkcə Laçında deyil, digər işğal edilən bölgələrdə də erməni vandalları Azərbaycan dövlətinə qarşı təxribat etməyə davam edirlər. Vətən müharibəsindən sonra torpaqlarımızı azad etsək də, onların tam şəkildə çıxarılmamağı zərərin davam etməyinə səbəb olub”.

Ekspert qeyd edib ki, bu vandallığı beynəlxalq qurumlara bildirməliyik:

“Kəlbəcərdən və Laçından çıxarkən tərk etdikləri evləri və otluqları yandıran ermənilər eyni xislətlərini yenə göstərirlər. Bu, təkcə Azərbaycan xalqının problemi deyil, təbiət bütün dünyaya aiddir. Bu ekoloji terrora görə bütün dünya ictimaiyyəti etirazını bildirməlidir. Erməni vəhşilərinin atdığı bu addımı qınamalıdırlar. Dünya dövlətləri maraqlarına uyğun gələn məsələ olduqda onu rahat şəkildə şişirdirlər. Lakin belə ciddi mövzularda səssiz qalırlar. Orada mina vasitələrin yerləşdirilməsi ilə də təbiətə kifayət qədər zərər vurublar. Biz sona qədər mübarizəmizi davam etdirəcəyik. Ədalət bərqərar olacaq”.

Hüquqşünas Mehman Muradlı isə məsələnin hüquqi tərəfini izah etdi:

“İlk olaraq Azərbaycan Baş prokurorluğu bununla bağlı cinayət işi başlatmalıdır. Ancaq bundan sonra beynəlxalq təşkilatlara müraciət edə bilərik. BMT də daxil olmaqla, bir çox təşkilata müraciət etməliyik. Onlar da müxtəlif cəzalar verməlidir. Cərimə, cəza, konpensasiya, sanksiya cəzaları var. Hətta orada o terroru törədən ermənilərin Azərbaycana təhvil verilməsini də tələb edə bilərik. Çünki proses Azərbaycan ərazisində olub”.

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, müsabiqə şərtlərinə uyğun olaraq “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

 

 

Xanlar Əlibəy

Medianews.az

Tags: AzərbaycanEkologiyaEkoloji terrorErmənistanLaçınqarabağSusZabux

DAHA ÇOX OXU

Dünya

Şengendə bir dövr başa çatıb: Pasportda viza verilməyəcək

31/01/2023 21:38
Dünya

Burkina Fasoda terror aktı nəticəsində 13 nəfər ölüb

31/01/2023 21:16
Dünya

ABŞ-da kino səhnələrinə bənzəməyən qəsb: Əvvəl girov götürdü, sonra oğurladı – VİDEO

31/01/2023 21:00
export

Şadlıq sarayında qız və oğlan tərəfi bir-birinə girdi (ANBAAN VİDEO)

31/01/2023 20:45
export

Ac canavarlar inəyi belə öldürdü – Qorxulu anlar kameraya düşdü – VİDEO

31/01/2023 20:37
export

Məhkəməyə gələn iki ailə arasında dava düşdü – VİDEO

31/01/2023 20:28
SON XƏBƏR

“İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiqləndi

Qışda qazın qiyməti 4000 dolları keçəcək - Qazprom

Krımda fövqəladə vəziyyət elan olundu

Xəbər lenti

XİN Beynəlxalq Ədalət Məhkəməsindəki müraciət üzrə dinləmələrə dair məlumat yayıb

01/02/2023 05:07

Naxçıvanın Penitensiar Xidmətinin rəisi həbs edildi – FOTO

01/02/2023 02:15

Azər Zahidin hesabı bloklandı, “Təkərdə” şou yarımçıq qaldı – VİDEO

01/02/2023 01:30

Azərbaycanda bu universitetdə əməliyyat keçirildi – Dekan saxlanıldı

01/02/2023 01:14

Şengendə bir dövr başa çatıb: Pasportda viza verilməyəcək

31/01/2023 21:38

Burkina Fasoda terror aktı nəticəsində 13 nəfər ölüb

31/01/2023 21:16

ABŞ-da kino səhnələrinə bənzəməyən qəsb: Əvvəl girov götürdü, sonra oğurladı – VİDEO

31/01/2023 21:00

Şadlıq sarayında qız və oğlan tərəfi bir-birinə girdi (ANBAAN VİDEO)

31/01/2023 20:45

Ac canavarlar inəyi belə öldürdü – Qorxulu anlar kameraya düşdü – VİDEO

31/01/2023 20:37

Məhkəməyə gələn iki ailə arasında dava düşdü – VİDEO

31/01/2023 20:28

AZTV-nin məşhur aparıcısına yüksək vəzifə verildi – FOTO

31/01/2023 20:25

Tibb bacısının öldüyü qəzanın görüntüləri ortaya çıxdı – ANBAAN VİDEO

31/01/2023 20:23

Çavuşoğludan İsveç mesajı: “Hə” deyə bilmərik

31/01/2023 20:20

“Barselona” “Fənərbağça”nın məşhur futbolçusunu transfer edir

31/01/2023 20:11

Avropada gecikən qış müharibəyə necə təsir edib?

31/01/2023 20:00

Azərbaycanın ilk pullu yolunun görüntüləri – FOTO

31/01/2023 19:46

Əməliyyat keçirilən “Salamnews” və “İnterAz”la bağlı ŞOK FAKTLAR

31/01/2023 19:40

Politoloq Xoy vilayətində çarəsiz qalan azərbaycanlılardan DANIŞDI: “İranın olmayan mərhəməti …”

31/01/2023 19:36

Özünə oxşayan qadını öldürüb, üzünü… Qətlin ağlasığmaz səbəbi

31/01/2023 19:34

Türkiyədə gömrük əməkdaşları qadını döydü – vəzifədən uzaqlaşdırıldılar (ANBAAN VİDEO)

31/01/2023 18:59

Elektrik qatarlarında gediş haqqı qaldırılır? – RƏSMİ AÇIQLAMA

31/01/2023 18:45

Özbəkistanda səhraya qar yağdı – Dəvələrin bu görüntüləri gündəm OLDU – VİDEO

31/01/2023 18:41

Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri ARTIRILDI

31/01/2023 18:37

22 yaşlı gənc asılmış vəziyyətdə tapıldı – Son paylaşımı ürəkləri dağladı – FOTO

31/01/2023 18:08

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.