Türkiyədə dəhşətli hadisə baş verib.
Medianews.az xəbər verir ki, gənc oğlan yaşlı kişini ölümcül döyüb.
Hadisənin Adananın Aladağ rayonunda baş verdiyi bildirilib. Gənc oğlanın onu narahat edən qocanı döydüyü iddia edilir. Qorxunc anlar ətrafdakı vətəndaşlar tərəfindən lentə alınıb.
Aladağ rayonu Meydan yaylasında adlanan ərazidə baş verən hadisədə gənc oğlan onu narahat etdiyi iddia edilən qocanı təpik və şillələrlə döyüb. Dostları gəncin qarşısını almaq istəsələr də, o, qocaya amansızcasına vurmağa davam edib. Bir müddət sonra dostları gənci oradan uzaqlaşdırmağa çalışıblar. Lakin o, geri qayıdaraq qocanı yenidən vurub. Daha sonra dostları gənci hadisə yerindən uzaqlaşdırıblar.
Görüntülər sosial şəbəkədə yayımlanandan sonra böyük səs-küy yaradıb. Sosial media istifadəçiləri həmin gəncin dərhal həb olunmasını tələb ediblər.
Medianews.az