Türkiyə-Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələrinin dördüncü görüşü keçiriləcək.
Medianews.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyə və Ermənistanın Normallaşma Prosesi üzrə xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında dördüncü görüş 1 iyul 2022-ci il tarixində Vyanada keçiriləcək.
Qeyd edək ki, Türkiyə və Ermənistan 2021-ci ilin dekabrında münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin etdiklərini açıqlayıblar.
Xüsusi nümayəndələr ilk dəfə yanvarın 14-də Moskvada görüşüblər. Görüşdən sonra iki ölkə arasında birbaşa uçuşlar bərpa edilib.
Leyla, Medianews.az