Türkiyədə gənc qadın körpüyə çıxaraq intihara cəhd edib.
Medianews.az xəbər verir ki, hadisə Türkiyənin Diyarbəkir şəhərində baş verib.
Diyarbakırın Yenişehir səmtindəki yerüstü keçiddə baş verən hadisədə körpünün üzərinə çıxan gənc qız ətrafdakı insanların təkidinə baxmayaraq enməyib. Hadisə anından orada olan şəxslərdən biri qadını xilas etməyə cəhd etsə də buna nail ola bilməyib. 5 metr hündürlükdən yıxılan qadın ağır yaralanıb.
Ağır yaralanan gənc qız ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılıb. Gənc qızın intihar anı mobil telefonla lentə alınıb.
Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşadırma aparılır.
Medianews.az