İranın Hörmüzqan Əyalətinin Ədliyyə Başçısı Mücteba Kahramani, İran İnqilab Keşikçiləri Ordusunun Fars körfəzində 90 min litr qanunsuz yanacaq daşıyan gəmini aşkar edərək, gəmini ələ keçirdiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, təyyarədə olan 5 ekipaj üzvünün həbs edildiyini bildirən Kahramani, “Fars körfəzində bir gəminin 90 min litr qeyri-qanuni yanacaq daşıdığı müəyyən olundu. “Dəniz Qüvvələri tez hərəkətə keçərək qaçaqmal yanacaq daşıyan gəmini ələ keçirdi”,-deyə qeyd edib.
Gəmi saxlanılmazdan əvvəl qaçaqmalçıların yanacağı dənizə atmağa çalışdıqları görülüb.
Leyla, Medianews.az