Papa Fransisk rusların cəbhəyə muzdlu əsgərlər göndərdiyini və bu əsgərlərin törətdikləri vəhşiliklərin göründüyünü deyib: “Biz bu müharibənin arxasında baş verən bütün dramları görmürük”.
Medianews.az xəbər verir ki, Papa Fransisk, verdiyi açıqlamalara görə onu Putin tərəfdarı adlandırmağın sadə və yanlış olacağını ifadə edərək, “çox mürəkkəb köklər və maraqlar üzərində düşünmədən, mürəkkəbliyi yaxşı ilə şər arasındakı fərqə endirməyin əleyhinəyəm”deyə bildirib.
Rusiyanın müharibənin bir həftəyə bitəcəyini düşünərək səhv hesablama apardığını vurğulayan Papa Fransisk, Rusiyanın cəsur və mübariz bir xalqla qarşılaşdığını bildirib. Papa Fransisk Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill ilə 40 dəqiqəlik görüş keçirdiyini qeyd edərək, onların din xadimləri olaraq dövlətlərə deyil, xalqa xidmət etdiklərini bildirib.
Leyla
Medianews.az