Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi təmasları olduğu KKTC-də açıqlamalar verib.
Medianews.az xəbər verir ki, gündəmi dəyərləndirən Çavuşoğlu, “Yunanıstan baş nazirinin ABŞ Konqresində bizi tərifləyəcəyini gözləmirik . Bununla belə, təhlükəsizliklə bağlı iki NATO üzvü ölkə və NATO ilə həmrəylik mövcuddur.
Bundan sonra danışıqlar olacaqsa, bu, iki toplum arasında deyil, iki dövlət arasında olacaq. Türkiyə hər ikisini də müdafiə etməyə davam edəcək”, -deyə bildirib.
Leyla, Medianews.az