Cümə axşamı, 30 İyun 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Kindar qisasçıların törətdiyi qətl

Xalid Kazımlı
23/04/2015 09:33
A A
0
BAXIŞ
FacebookTwitterTelegram

images_xalid bey s

Hər dəfə dönüb-dolaşıb bu mövzunun üstünə gəlirik. Hələ çox gələcəyik. Nə qədər ki, biz və ermənilər bu coğrafiyada yaşayırıq, belə olacaq.

Ən azı 125 ildir gah qanlı-qadalı, soyuq və odlu silahlarla, gah da pambıqla, kağızla başkəsmə aktlarıyla davam edən bu erməni-türk müharibəsi çox uzun sürəcək – bəlkə də qiyamətədək.

Bu xüsusda bu qədər bədbin ovqatda olmağımızın köklü səbəbləri var. Heç kim yalandan humanistlik, kosmopolitlik, liberallıq-filan eləməsin, əbəs yerə ümidlənməsin, düzəlməyəcək.
Arada qalın və hündür, həm də keçid-buraxılış darvazaları olmayan hasarlar olduğu təqdirdə ermənilərlə azərbaycanlılar qonşu ola, dinc, yanaşı yaşaya bilərlər. Başqa cür mümkün deyil.
O boyda azman, amansız, qətiyyətli, milli məsələdə prinsipial siyasət yeridən SSRİ dövləti hər iki tərəfdən on minlərlə adamı məhv edərək bu iki xalq arasındakı milli ədavətə son verə bilmədisə, əmin olun ki, Yer üzündə ikinci başqa bir qüdrətli qüvvə, dairə yoxdur.

Kənardan oxşar görünsə də, çox vaxt eyni ritorika ilə danışsaq da, söhbət təbiətləri, mahiyyətləri tamamilə fərqlənən, ayrı-ayrı təfəkkür tərzinə malik olan, bir coğrafiyada yaşamaqdan başqa heç bir eyniyyəti (dil, din və s.) olmayan xalqlardan gedir. Onlar bir-birinin antipodudur.

Ermənilərlə azərbaycanlıların arasındakı düşmənçiliyə dair hələ 30-40 il öncənin əhvalatlarından ibarət yüzlərlə xatirə danışmaq olar. Hələ “dünyanın düz vaxtında” belə bu iki xalq arasında ədavət olub və ən azı birtərəfli qaydada davam edib. Biz – unutqan, tez sıyılan, onlar – kindar, fürsətcil…
Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlı futbolçunun yerində bu sətirləri oxuyan hər bir kəsin, özü, oğlu, qardaşı, başqa bir əzizi ola bilərdi.
Çünki Tiqran adlı erməni qatil futbolçu Eminin yerində olan istənilən azərbaycanlını öldürmək istəyəcəkdi. Onun üçün qarşısındakı şəxsin öldürülməsini vacib edən yeganə səbəb adamın azərbaycanlı olmasıydı.

Ramil Səfərov vaqiəsinə bir daha qayıdaq. Cinayət işinin sənədlərində var: kursant Ramil kursant Qurgeni öldürməmək üçün aylarla səy göstərib, dəfələrlə konfliktdən qaçıb, Qurgenin təhqirlərinə cavab versə də, münaqişəni dərinləşdirməyib. Ramili gözü yeyən Qurgen isə gündən-günə həyasızlaşıb, Ramilin ondan qorxduğunu sanıb və öz təhqiramiz hərəkətlərini davam etdirib – ta azərbaycanlı kursantı mağazadan balta almağa vadar olana qədər. Məsələnin mabədini bilirsiniz.

Başqa sözlə, Qurgen Ramili sona qədər təhrik edib. Nəticəsi nə oldu? Gələcəyə dair parlaq planları olan Ramil ömrünün ən gözəl illərindən 8-ni qürbət ölkənin məhbəsində keçirdi.
Ermənilərin iki kursantın son ucu ölümlü davasına dair qaldırdığı hay-küy, qalmaqal hələ də bitməyib. Onlar bu söhbəti BMT-yə, AŞPA-ya, ATƏT-ə, Haaqa məhkəməsinə, dünyanın ən qüdrətli dövlətlərinin ən nüfuzlu siyasi xadimlərinin gündəliyinə qədər aparıb çıxardılar. Sanki Ramil minlərlə Qurgeni bir zərbəylə öldürmüşdü.

O məsələ qapanmayıb. Ermənilər azərbaycanlı zabitdən 90 yaşında olsa belə qisas almağa çalışacaqlar.

Bəs biz nə etdik? Futbolçumuz sırf azərbaycanlı olduğu, Azərbaycan musiqisinə qulaq asmaqdan özgə heç bir günah iş görmədiyinə baxmayaraq, bir erməni idmançı tərəfindən öldürüldü. Bir neçə gün öncə mərhum Emin dəfn olunub və məsələ unudulmağa gedir.
Biz bu hadisəni dünya miqyasına çıxara bilməyəcəyik, qatil erməninin nəinki ömürlük cəzaya, heç layiq olduğu cəzaya məhkum edilməsinə də çalışmayacağıq. Qisas almaq fikrinə düşməyəcəyik. Bu hadisə tezliklə unudulacaq.

Demək, Ramil Qurgeni öldürürsə, bu, dəhşətli bir qətldir, qisası alınmalıdır, amma Tiqran Emini öldürürsə, Allah rəhmət eləsin, yazısı beləymiş.

Əslində isə bu, sadəcə olaraq, bir tərəfin həyasızlığı, o biri tərəfin maymaqlığı deməkdir.
Qurgenə görə ölkəmizdə göz yaşı axıdanlar, müharibəyə lənət yağdıranlar, Ramili qınayanlar vardı. İndi onlar eyni hərəkəti Eminə görə etmirlər, susurlar, Tiqranı lənətləmirlər.
Baxaq, görək Ermənistanda Tiqranı qınayan, günahsız və gənc azərbaycanlı futbolçunun nakam taleyinə görə kədərlənənlər varmı? Yoxdur. Olmayacaq da. Olsa da, bu, yalnız hansısa məqsədlər xatirinə ola bilər.

Dediyim odur ki, humanist olaq, şovinist olmayaq, amma hər birimizə yönəlmiş pislikləri unutmayaq, maymaq olmayaq, orda-burda sırf azərbaycanlı olduğu üçün öldürülən hər bir şəxsi özümüzdən biri sayaq. Bir də bir az ədalətli və qeyrətli olaq.

DAHA ÇOX OXU

Köşə

73 illik həsrət

30/06/2022
Köşə

Qrant qırğını: kim haqlıdır?!

29/06/2022
Köşə

Sınan yerimizin bağlı qalması

26/06/2022
Köşə

Nikol və Ararat Minsk Qrupunun “yas zalı”na çələng göndərəcəkmi?..

26/06/2022
1-MANŞET

Avtoqəzada gəbərən Sərkisyan – Azərbaycan komandoları uzaqda deyil!

26/06/2022
1-MANŞET

“Hər şey Quql-da var” və ya III Msvatinin yoxa çıxmış Svazilendi

26/06/2022
SON XƏBƏR

Xalq bilet istəyir

Gülbən Ərgən huşunu itirib yıxıldı - video

23 ... Apreı ... 2015

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.