Medianews.az
Ebola ilə bağlı ciddi
65 baxış

Ebola ilə bağlı ciddi XƏBƏRDARLIQ

Dünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında (KDR) sürətlə yayılan yeni Ebola epidemiyası ilə bağlı ciddi xəbərdarlıq edib.

Medianews.az xəbər verir ki, Təşkilatın Cenevrədə çıxış edən yüksək riskli patogenlər üzrə eksperti Anais Legand bildirib ki, təsdiqlənmiş hallar əsasında aparılan son qiymətləndirmələrə görə, virusun ölüm nisbəti 30–50 faiz arasında dəyişir.

O, bu rəqəmi “çox böyük və təhlükəli göstərici” kimi qiymətləndirərək, virusa yoluxan hər 10 nəfərdən təxminən 5-nin həyatını itirmə riski daşıdığını qeyd edib.

Bizə qoşulun