Medianews.az
“Rusiya iqtisadiyyatından narahat olanlar səbirli olmalıdır”
375 baxış

“Rusiya iqtisadiyyatından narahat olanlar səbirli olmalıdır”

dmitry_medvedevd

Rusiya Federasiyasının baş naziri Dmitriy Medvedev çətin duruma düşən ölkə iqtisadiyyatından narahat olan vətəndaşlara “səbirli olmağı” məsləhət görüb.

“APA-Economics”in məlumatına görə, bu barədə D. Medvedev “Rusiya 1” telekanalına müsahibəsində bildirib.
“Bir az səbirli olub, vəziyyətin necə cərəyan edəcəyinə fikir vermək lazımdır. Çünki biz indiyə qədər bir neçə böhran yaşamışıq. Nəticə etibarilə, böhranlar başa çatıb, rublun kursu stabilləşib. Ona görə də, indiki vəziyyətdə təlaşlanmayıb, gələcəyə baxmaq lazımdır. Əminəm ki, hər şey yaxşı olacaq”, - deyə baş nazir bildirib.
D. Medvedev əlavə edib ki, “mağAZALarda qiymətlərin artması heç kimi sevindirmir”.

Bizə qoşulun