ABŞ-ın “New York Observer” nəşri bu ilin avqust ayında dünya mediasının diqqətini Estoniyaya yönəldən hadisədən – bu ölkənin birinci xanımının gənc oğlanla öpüşməsindən və daha sonra onunla birlikdə getməsindən yazıb.
Virtualaz.org saytının adıçəkilən nəşrə istinadən verdiyi xəbərə görə, “Estoniya prezidenti öz yataq otağı uğrunda döyüşü uduzur” başlıqlı məqalədə deyilir ki, prezident Tomas Hendrik İlves əsl Nyu-Cersi uşağı kimi böyüyüb. O, Kolumbiya Universitetini və Pensilvaniya Universtetini bitirib.
Məqalədə bildirilir ki, T.H.İlvesin birinci arvadı Amerikada iki uşaq dünyaya gətirib. Estoniya müstəqilliyini əldən edəndən sonra cənab İlves bu ölkənin ABŞ, Kanada və Meksikadakı səfiri olub.
İndi isə o, yeni sevgilisi, sarışın gözəl Evelinin arxasınca qayıtdığı, daha sonra onunla evləndiyi Estoniyada – valideynlərinin vətənində prezidentdir.![](http://i.virtualaz.org/73727_src.jpg)
![](http://i.virtualaz.org/73727_src.jpg)
“New York Observer” yazır: “Cənab İlves kəpənək-qalstukların böyük həvəskarıdır və Twitterdə fəaldır. Onun səhifəsində 39 minə yaxın izləyici var. Onun Estoniyada prezidentliyə gedən yolu uğurlu olub. 2014-cü ilin sentyabrında NATO sammiti ərəfəsində ABŞ prezidenti Barak Obama ilə Tallində keçirdiyi mətbuat konfransında güclü NATO tərəfdarı olan 61 yaşlı siyasətçi Ukraynaya qarşı Rusiya təcavüzünü dayandırmaq üçün dünya liderlərinə çağırış etdi. Və hər halda o, bu nitqini ürək ağrısı ilə edirdi. Axı İlves bir döyüşü uduzduğunu bilirdi.
NATO sammitinə cəmi 10 gün qalmış Estoniyanın “Kroonika” tabloidi bu kiçik Avropa ölkəsini başdan-ayağa sarsıdan əhvalatı yaydı. Estoniyanın birinci ledisi, 46 yaşlı Evelin İlvesi naməlum gənclə Tallindəki dəbdəbəli “Komeet” restoranında qucaqlaşıb öpüşən yerdə görmüşdülər. Bu mənzərəni əks etdirən foto və videokadrlar dərhal bütün ictimaiyyətə məlum oldu”.
Birinci ledi və onun partnyoru restorandan gecə saat 04:30-da çıxmışdılar. Şahid deyirdi: “Onlar restoranı birlikdə tərk etdilər, daha sonra qara “Mercedes”ə minib getdilər. Sükan arxasında sürücü idi”.
![](http://i.virtualaz.org/73728_src.jpg)
Və həmin gecə “Mercedes” birinci ledini evə gətirmədi. Əhalisi cəmi 1,2 milyon nəfər olan kiçik ölkədə çox az sirr ictimaiyyətdən gizli qalır. Tezliklə məlum oldu ki, birinci ledi ilə rəqs edən gənc Vinsent Aranegal adlı fransızdır. Onun 28 yaşı var və Tallindəki reklam agentliklərindən birinin əməkdaşıdır.
Məqalədə deyilir ki, həmin qalmaqallı hadisə zamanı Tomas İlves Estoniyada idi. Prezident iqamətgahında növbəti NATO sammitinə hazırlaşmaq üçün işləyirdi.
Bu əhvalat yayılan kimi onun xanımı 11 yaşlı qızını da götürərək ölkəni tərk etdi və facebookda bu mesajı qoydu: “İndi mən həyatımın ən mürəkkəb günlərində tək qalmalıyam. Kimi incitmişəmsə, onlardan üzr istəyirəm”.
Estoniya prezidentinin mətbuat katibi isə qəzəbini gizlədə bilmirdi: “Hansı mövqeyi tutmasından asılı olmayaraq heç bir kişinin xanımının ərinə qarşı bu cür hərəkəti ləyaqətli hərəkət deyil”.
O vaxtdan etibarən Estoniyanın birinci ledisi publika qarşısında görünmür, xüsusən də əri ilə birlikdə. Və o, həmin qalmaqal haqda indiyədək danışmayıb.
Nəhayət, ötən həftə xanım İlves “Tereversion” səhər şousunda göründü və özünün yemək kitabını təqdim etdi. Bu kitab yəqin ki, Evelinin ölkəni tərk etməsindən sonra yazılmışdı. O, şouda öz resepti ilə çörək də bişirdi.
Şounun axırına doğru aparıcı özünü saxlaya bilmədi və Estoniyanın birinci xanımının avqust məcaraları haqda soruşdu: “Mən sizdən bu haqda soruşmağa məcburam. Yayda baş verən hadisələr həyatınıza necə təsir etdi?”
Xanım İlves uzun pauzadan sonra titrək səslə cavab verdi: “Həyat davam edir, mən bilmirəm… Mən indi bunu şərh etməyə hazır deyiləm… Nə edə biləcəyim barədə düşünməyə çalışıram. Onlardan biri də çörək bişirməkdir”.
“Bəyəm siz hiss edirsiniz ki, indi bir yerdə sevgi necə azdır və başqa yerdə daha çoxdur?” – deyə aparıcı israr etdi.![](http://i.virtualaz.org/73729_src.jpg)
![](http://i.virtualaz.org/73729_src.jpg)
“Yox, əlbəttə, yox. Sevgi həmişə çox olur” – birinci ledi cavab verdi.
Gənc, yaraşıqlı fransız isə ictimaiyyətdən gizlənmədi. O, müsahibə vermir, ancaq Tallinin gecə klublarında gənc qızların əhatəsində tez-tez görünür. Bu kiçik Avropa ölkəsinin prezidenti olan cənab İlves isə bütün cəbhələrdə rəqibləri ilə mübarizə aparsa da estonları maraqlandıran bu suala cavab vermir: o, xanımının yeni çörəyini sevirmi?
Məqalə Tomas İlvesin xanımı ilə xoşbəxt vaxtlarında, 2009-cu ildə Bakıya səfəri zamanı caz-klubda çəkilən fotosu ilə müşayiət olunur.