Medianews.az
Kadırovun azərbaycanlı dünya çempionu Zabit Səmədovla fotosu yayılıb
1,987 baxış

Kadırovun azərbaycanlı dünya çempionu Zabit Səmədovla fotosu yayılıb

787893_447319
FaktXəbər-in verdiyi məlumata görə, sosial şəbəkələrdə əslən azərbaycanlı kikboksçu və K-1 döyüşləri üzrə tanınmış idmançı Zabit Səmədovun Çeçenistan lideri Ramzan Kadırovla fotosu yayılıb. İdmançımızın Kadırovla onun iqamətgahında görüşdüyü bildirilir.
Qeyd edək ki, Belarusda yaşayan Zabit Səmədov 9 yaşından idmanla məşğul olmağa başlayıb. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə, sonra isə Muay Thai idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM də idmanını davam etdirir.
"Mauqli" ləqəbi ilə ün salan Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olub. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutub.
2007-ci ildə Fransada keçirilən döyüşdə Nokout ilə qələbə qazanaraq, "K-1 Rules Kick Tournament 2007 in Marseilles"in birincisi olur. Həmin il Las Vegasda "K-1 World GP"də 3 döyüşün 2-də döyüşdə qələbə qazanır,  finalda çox az xal ilə "Doug Viney"ə məğlub olub.
2008 ci ildə Səmədov k-1 in ən məşhur döyüşçülərindən biri olan Ray Sefo ilə döyüşür. Bu döyüş Səmədov üçün çox çətin keçir lakin o bu çətinliyin öhtəsindən gələrək qələbə qazanır.
2009 cu ildə Zabit Səmədov Polşada keçirilən "K-1 World Grand Prix 2009 in Łódź,Łódź,Poland" yarışına qoşulur.Səmədov bu yarışda 3 doyüş keçirir və 3 doyüşüdə qələbə ilə başa vurur yarışın çempionu olur.
Grf1Sll3Vio

Bizə qoşulun