Medianews.az
İntihar etmək istəyən müğənninin özünü ifşa edən-SƏS YAZISI
602 baxış

İntihar etmək istəyən müğənninin özünü ifşa edən-SƏS YAZISI

10531207_258679291006593_1362499503_nsdfedfddsf İyulun 7-də “Bülbüllər - 1984” Respublika Mahnı Festivalının qalibi, müğənni Ziyəddin Səfərov redaksiyamıza müraciət edərək açıqlama vermək istədiyini bildirmişdi. Müğənninin təkidlərindən sonra əməkdaşımız ondan müsahibə almışdı. Söhbət zamanı 1300 manatdan artıq borcunun olduğunu, həmçinin dolana bilmədiyi üçün bir neçə dəfə intihara cəhd göstərdiyini bildirən sənətçinin dedikləri olduğu kimi saytımızda əksini tapmışdı. 

Dünən isə sözügedən müğənni musavat.com saytına müraciət edərək AzNews.az-a belə bir açıqlama vermədiyini bildirib: “Mən həyatda çox çətinlik görmüşəm. Öz gücümə ayaqda dayanmışam. Heç kəsdən asılı olmamışam. Bu günə kimi də Allahdan başqa bir kəsə borcum yoxdur.

Ancaq saytlar açıqlamamı təhrif edib yazıblar ki, guya borc içində boğuluram, intihar edəcəyəm. Bunu oxuyan dost var, düşmən var. Deməzlər ki, sənin kimə borcun var? Ayıbdır. Jurnalistlər diqqətli olsunlar. Mən heç kəsə borclu deyiləm.

Üstəgəl, yazıblar intihar edəcəyəm. Niyə həyatıma qəsd etməliyəm? Ömür qabaqdadır, gələcək var. Ailəm, övladlarımla yaşayıram. Şükür buna da, birtəhər dolanırıq, keçinirik. Ac deyilik, kiməsə möhtac olmamışıq”.

Qeyd edək ki, Z.Səfərov əməkdaşımızla söhbət zamanı bir sıra mətləblərə də toxunub və hətta bəzi tanınmış sənət yoldaşlarının ünvanına nalayiq ifadələr işlədib. Məhz buna görə müsahibənin səs yazısını bütövlükdə təqdim etmirik.

Bizə qoşulun