Medianews.az
“Moskva Qarabağın açarını itirib...”
204 baxış

“Moskva Qarabağın açarını itirib...”

Rusiyalı tanınmış ekspertdən ilginc Qarabağ açıqlaması

“Konfliktin həll açarı Rusiyada deyil, bu, bir telefon zəngi ilə həll olunan problem olmaqdan çıxıb”

Birinci o səbəbə ki, Rusiya kimi avtoritar idarəçiliyə malik, başında KQB yetirməsi olan şəxsin durduğu ölkədə bu, mümkünsüzdür. İkincisi, silah-sursat Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edən, qlobal güclərin maraqlarının kəsişdiyi Güney Qafqaz bölgəsinə göndərilib. Üçüncüsü və bəlkə də ən əsası, müasir döyüş maşınları və hərbi sistemlər Rusiyanın regiondakı əsas müttəfiqi olan Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana verilibsə və hərbi balansa ciddi təsir eləmək gücündədirsə, heç ola bilməz ki, məsələdən rəsmi Kreml bixəbər qalsın.

Bəs Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmaya-olmaya Moskva ilə Bakı arasında hərbi-sənaye kooperasiyası mümkündümü?

Bu mövzuda vesti.az portalına danışan Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsinə dair informasiya-analitik mərkəzinin siyasi proqnozlaşdırma xidmətinin rəhbəri, tanınmış rusiyalı politoloq Aleksandr Karavayev suala təsdiqedici cavab verib: “Məncə, bunu istisna eləmək olmaz. Birinci o səbəbə ki, Rusiya Azərbaycan üçün hərbi texnologiyalar baxımından maraq kəsb edir. Öz növbəsində Azərbaycan Rusiya üçün inkişaf eləməkdə olan hərbi-istehsalat bazası və böyük regional bazara malik ölkə kimi maraq doğurur. Odur ki, belə ehtimal var. İkincisi, düşünmürəm ki, Bakının özü də qabaqcıl Rusiya texnikasından imtina edəcək. Hər halda, bunu artıq mövcud olan anlaşmalara əsasən deyə bilərik”. Azərbaycanın KTMT-yə üzvlüyünün vacibliyinə gəlincə, politoloq konkret halda bunu Moskva üçün prioritet hesab eləmir.

 

Ekspert region ölkələrindəki siyasi gərginliklərin bütövlükdə bölgədəki ümumi situasiyaya təsir etmək gücündə olduğu qənaətindədir: “Hər halda, 20 il öncə belə olub. Qarabağ konflikti zonasında da gərgin atmosfer davam edəcək. Bu, onunla bağlıdır ki, Bakı-İrəvan münasibətlərində anlaşma yoxdur. Rusiya-Gürcüstan əlaqələrində yenə əməkdaşlığa şans yaradan müəyyən işıq ucu yaranıb. Vəssalam, Qafqazla bağlı gəlişmə yalnız budur”.

 

Bununla belə, rusiyalı təhlilçi Kremlin Qarabağ məsələsində vasitəçilik missiyasını davam etdirəcəyinə əmindir: “Rusiya əvvəlki kimi konfliktdə olan iki ölkə arasında balansın saxlanması üçün əlindən gələni edəcək. Ancaq hələlik deyə bilmərəm ki, Moskvada ixtilafı nizamlamaq üçün istək və imkan yaranıb. Fikrimcə, danışıqlarda müsbət nəticəyə çatmaq üçün nizamlama sponsorları tərəfindən həvəsləndirmə sistemi işlənib hazırlanmalıdır. Amma təəssüf ki, bu hələ yoxdur”.

 

“Belə çıxmırmı ki, münaqişənin həll açarı, hər halda,  Kremldədir” sualına isə ekspertin cavabı belə olub: “Yox, məndə belə əminlik yaranmayıb. Bunu ötən əsrin 90-cı illərində, SSRİ dağılana kimi iddia eləmək olardı. Mən elə bir paytaxt tanımıram ki, orada misal üçün, ərəb-İsrail münaqişəsinin açarı olsun. Bu münaqişə çoxsəviyyəli xarakter qazanıb. Qismən az dərəcədə analoji fikri erməni-Azərbaycan konflikti haqda demək olar. Qarabağ ixtilafı bir telefon zəngi ilə həll olunan problem deyil. Moskva açarı o zaman itirdi ki, nə vaxt ki, münaqişəyə böyük ölçüdə təzir imkanı var idi. Kreml bu rıçaqlardan məhrum olub”.

musavat.com

Bizə qoşulun