Medianews.az
Türkiyənin tankeri dənizdə yandı
125 baxış

Türkiyənin tankeri dənizdə yandı

Türkiyənin “Nazo S” tankeri Adriatik dənizdə alışaraq yanıb. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Xorvatiya dəniz qurumlarından bildiriblər.

Belə ki, tanker İtaliyanın Ravenna şəhərindən Rumıniyanın şərqindəki Qalats limanına yollanırdı. Gəmi İtaliyanın Ankona şəhərindən 40 dəniz mili uzaqlıqda yerləşərkən alışaraq yanıb. 
Gəminin 12 nəfər ekipaj üzvü “Anamaria” gəmisinə təxliyə edilib. Xoşbəxtlikdən heç kəs xəsarət almayıb. 
Məlumata görə, 91 metr uzunluğu olan gəlinin göyərtəsində yük olmayıb.

Bizə qoşulun