
Çinin Şandun vilayətindəki Bujou şəhərində yaşayan Szyan Li iddia edir ki, onun evindən bir qədər kənarda uçan naməlum obyekt (UNO) qəzaya uğrayıb. “UNO yerə çırpıldı. Onun Xuanxe çayının üstündən uçduğunu gördüm. UNO yerə dəyəndə alışıb yandı. Oraya qaçdım. Yadplanetli məxluqlardan birinin cəsədini gördüm. Həmin cəsədi evə gətirdim və soyuducuya qoydum”, - Li bildirib.
Soyuducuya qoyduğu "yadplanetli məxluq"un fotolarını yerli Sina sosial şəbəkəsində yayandan sonra Li bir gündə məşhurlaşıb. On minlərlə çinli Linin evindəki yadplanetli məxluqu müzakirə edir. Şandun polisi olayı araşdırıb və bəyan edib ki, Linin “yadplanetli məxluq” kimi təqdim etdiyi nəsnə əslində rezinlə polimerdən hazırlanmış kukladır. Polisin bəyanatına rəğmən, Çinin sosial şəbəkələrində “yadplanetli cəsədi” ilə bağlı müzakirələr davam edir.