Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Medianews.az xəbər verir ki, Bakıda yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova rayonun Yuxarı Öysüzlü kəndində həyat yoldaşının vəfatının ildönümü ilə bağlı məzarını ziyarətə gedib.
Bu zaman qadın qəbiristanlıqda yıxılıb. 65 yaşlı N.Qasımova xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.//Qafqazinfo