Medianews.az
Cinlərlə bir evdə yaşayan insan: "Cinlər də bizim kimidirlər" (FOTO)
258 baxış

Cinlərlə bir evdə yaşayan insan: "Cinlər də bizim kimidirlər" (FOTO)

 

ANS PRESS-in İslam universitetinin məzunu, beynəlxalq dərəcəli parapsixoloq Həsən Həsrətli ilə müsahibəsi:


-Qara cadugərlərdən dərs almaq üçün bir baş Afrikaya gedib çıxdın. Bu sənə nəyə görə lazım idi?
-Əslində mən cadu elminin bütün sirlərini bilirəm. Afrika cadugərlərin istifadə etdiyi cadu növlərini bilirəm. (Həsən cadu növlərinin adlarını sadalayır. Amma biz lazım olmadığından yazıdan çıxarırıq). Mən Misir cadugərlərini istifadə etdiyi cadu növlərini də bilirəm.

-Haradan bilirsən, kimdən öyrənmisən?
-Bunları hansısa bir kitabdan öyrənmək heç cür mümkün deyil. Mən hətta qaranlıq aləminin sirlərindən xəbərdaram. Satanizm elmini də bilirəm. Bunlar sanki mənə hazır doğuşdan başıma yazılmış proqramlardır. Ana nəslimdən gəlmiş genetik bir qüvvədir. Ana nəslimizdən bəzi qadınlara, eləcə də nənəmdə bu qüvvə olub. Mən nəslin yeganə kişi nümayəndəsiyəm ki, mənə də verildi bu qüvvə. 

-Seçilməyinizi necə anladın və yaxud da hansı qeyri-adi əlamətlərlə bəlli oldu?
-Mən ailənin dördüncü uşağı olduğumdan doğulmağımı istəməyiblər. Başımın tam ortasında xalla doğulmuşam və adımı İmam Həsənin şərəfinə qoyublar. Həyata gəlişim qeyri-adi olub və nəticədə həkimlər mənə 3 ay vaxt qoyublar. Yeni doğulduğumda beynimdən əməliyyat olunmuşam. Həkimlər valideynlərimə 3 ay yaşayacağıımı deyiblər. Gördüyünüz kimi hələ də yaşayıram. Allah məni yaşadırsa, deməli mən lazımam. 

-Axı sən qara cadu ilə, şeytan əməli ilə məşğulsan, bu lazımdırmı insanlığa? 
-Xeyr, düz demiirsiz. Mən təkcə qara cadudan xəbərdar deyiləm. Mən dünyaya hərtərəfli baxıram. Mən bütün sirrləri bilirəm. Sadəcə araşdırıram. Müşahidələr edirəm ki, bildiklərim doğrudurmu? Afrika cadugərləri mənə öz cadularının sirlərini öyrədəndə, mən onlardan qabaq lazım olanı edirdim. Onlar çaşıb qalırdılar ki, mən bu ritualları haradan bilə bilərəm. 

- Afrika cadugərlərini belə şoka sala bilmisən. Çox maraqlı və qeyri-adi insansan. Bir jurnalist kimi sizdən müsahibə götürməsəm, olmazdı. Amma məni qorxudan bir məsələ var ki, çoxları bu müsahibəni oxuyub səni axtaracaqlar. Pis tərəfi odur ki, yaxşı əməl üçün axtarmayacaqlar.
-Narahat olmayın, qorxmanıza heç bir əsas yoxdur.

-Niyə?
-Birincisi, məni tanıyanlar, yanımda olanlar bilirlər ki, pis əmələ görə gələnləri pis formada qapımdan qovuram. Açığı etiraf edim, Hacı olana qədər mən qara əməl, cadu etmişəm. Həcc ziyarətində olanda, tövbə etdim. Bir daha heç kimə qara əməl, cadu, ümumiyyətlə pislik etməyəcəm. Bu həqiqətən belədir, heç kim deyə bilməz ki, Həsən kiməsə cadu elədi. 

İkincisi, uzun müddətdir Azərbaycanda fəaliyyət göstərmirəm. Müxtəlif ölkələrdə yaşayıram. Üç ildir İstanbuldayam. Azərbaycanda heç kim deyə bilməz ki, Həsənin qəbuluna düşmüşəm. Bir sözlə, müsahibəmiz mənfi nəticəsi ola bilməz. Burada heç bir problem yoxdur. Həmçinin parapsixoloq olaraq insanları qara qüvvələrdən uzaq olmağa çağırıram. 

-Qara əməllər üçün müraciət edənlər çox olur?
- Sizə təəssüfverici faktı açıqlayacam. Azərbaycanda işlədiyim dövrlərdə mənə daha çox qara əməllər üçün müraciət edirdilər. Dediyim kimi Həcc mərasimindən sonra qara əməllər etmirəm. Həccdən əvvəl də çoxlarını qovurdum, tövbədən sonra təmalilə qəbul etmirəm. İnsanlar qaranlıqlaşıb. Hamı bir-birini yıxmaq, pisliyi istəyir. İnanın. Doğma qanlar belə bir-birinin pisliyi üçün gəlirdilər. Bacı bacının, qardaş qardaşının həyatını məhv eləmək üçün yanıma gəlirdilər. Hətta bacı gəlib yanıma, bacısının həyat yoldaşını əlindən almağa. İnandırım sizi, anasına cadu elətdirmək istəyən oğullar var. Mən Azərbaycanda fəaliyyət göstərəndə ətrafımda çox dəhşətli hadisələr cərəyan edirdi. Bütün bunlar mənim psixologiyama çox pis təsir edirdi. Elə buna görə də Azərbaycandan getməyə qərar verdim. Heç bilirsiz. Qara əməllər etnəyimə görə mənə necə pullar təklif edirdilər? Hər halda anlayırsız mən nələrdən imtina etdim.

-Siz danışdıqca, insanlardan qorxmağa başladım...
-Qorxmaqda düz eləyirsiz. İnsan ən qorxulu varlıqdır. 

-Bəs o insanlar bilmirlərmi başqalarına pislik etməklə özlərini lənətləyirlər?
-Onlar artıq lənətlənmiş, şeytanın yolunu getmiş insanlardır. Onların gözlərinə pərdə çəkilib. Çünki onlar qeyb aləmini görmürlər, o biri dünyanı düşünmürlər.

-Belə çıxır ki, bu fikrə gəldikləri zaman lənətlənirlər.
-Təmamilə doğrudur. Onlar artıq şeytanın dinini qəbul etmiş insanlardır. Normalda hamı özünü müsəlman bilir. Əslində isə elə deyil. Nə olsun özlərini müsəlman bilirlər. Nə olsun ki, dildə "mən müsəlmanam" deyirlər. Artıq şeytanın dinini qəbul edib ki, Allahın bəndəsinə pislik etməkdən həzz alır. Kiminsə qızının evdə qalmasından həzz alan insan necə müsəlman ola bilər? Qonşusu ilə dalaşıb yanıma gəlib böyük pullar təklif edib qonşunun qızının bəxtini bağlatdırmaq istəyənlər var. O insan bundan həzz alır. Bu hansı məntiqə sığır? Şeytan onu azdırıb və getdikcə daha da qorxulu olurlar bu insanlar. 

-İnsanlar son zamanlar həddindən artıq baxıcılara meyllidirlər. Bəlkə də bu həmişə belə olub. Sadəcə efirlər bu mövzuya geniş yer verdiyindən belə təəssürat yaranıb. Azərbaycanda normal baxıcı varmı?
-Azərbaycanda baxıcıların 90%-i fırıldaqçıdır. Ay insanlar, Azərbaycanda baxıcı yanına getməyin. Mən deyərdim ki, ümumiyyətlə baxıcı yanına getməsinlər. Oturun evinizdə, namazınızı qılın, dua edin. Tövbə edib Allaha yalvarın. Getməyin onların yanına. Azərbaycanda efirlərdə mənəm-mənəm deyib sinəsinə döyən, güclü reklamları olan baxıcıların hamısı fırıldaqçıdır. Boşuna pullarınızı tökməyin. Qorxan yerim yoxdur, üzlərinə deyərəm. Adla deyilən ekstrasens var ki, prisipkanı verir adama, deyir get bunu suya qat çim, cadu açılacaq. 

-Dediyin fırıldaqçının adını çəkə bilərsən?
- Çəkə də bilərəm. Sadəcə heç kimə xətər vermək istəmirəm. Demək istəyirəm ki, getməyin, aldanmayın! Gedəndə bilin kimin yanına gedirsiz. Başa düşürəm, bəzən insanlar elə bir çıxılmaz vəziyyətlərə düşürlər ki, çıxış yolu, çarə tapmaq üçün hər şeyə əl atırlar. Çalışın aldanmayasız. Getməsəniz daha yaxşı olar. Çünki cadigərə, falçılara müraciət etmək özü haramdır. Dəfələrlə özlərinə demişəm, qüvvəniz varsa gəlin, çıxın qabağıma. Mənimlə heç kim bacara bilməz! Əgər qüvvələri varsa o da 10 nəfər yığsın, mən də, müşahidə aparaq. 

-Həsən, “Elgizli axşamlar”da evinizdə cinlərin olduğunu dedin. O cinlərə görə belə iddialı danışırsan?
-Azərbaycanda yeganə insanam ki, mənim evimdə cinlər yaşayır və mən bunu hər vaxt sübut edə bilərəm.

İnsanların çoxu cinlərin varlığına inanmır...
-Müqəddəs kitabımız Qurani Kərimin 28 ayədən ibarət 72-ci surənin ayəsində cinlərdən danışılır. Allah birbaşa Məhəmməd peyğəmbərə (s.ə.s) bildirir və insanları xəbərdar edir ki, cinlər var. 

- Cinlərlə birlikdə yaşamaq qorxulu deyil?
-Mənim cinlərim müsəlmandırlar, çünki azan səsinə qulaq asırlar. Cinlər də bizim kimidir. Onların da müsəlmanı var, xristianı var.

- Müsəlman deyirsiz, yəni namaz da qılırlar?
-Əlbəttə namaz qılırlar. Quranda bu barədə yazılıb. Hətta cinlər deyir ki, mənim məzhəbimdən olan şeytan məni aldatdı. Dedi ki, Allaha inanma. Amma mən azan səsini eşidəndə, namaza gəldim. Sadəcə onlar bizi görürlər. Biz isə görə bilmirik. Bəzilərimizə onları görməyə icazə verirlər. Mənim evimdə onların səsini hamı eşidə bilər. Amma səslərini hamı eşidə bilər. Gecənin qaranlığı düşən kimi evdə gəzişməyə başlayırlar.

-Çox maraqlıdır, qaranlıq düşənəcən evin harasında olurlar?
-Üç cindir. Mən onları karnizin üstünə qoymuşam. 

-İnsan övladı həmişə cinlərdən qorxub. Necə ola bilər ki, heç kimə xətər yetirmirlər?
-Mənim evimə pis niyyətlə gələnlər cavablarını alırlar. Elə bir güclü bəla alırlar ki. Bəzən mən özüm çaşıram. Dost kimi gələnlərin qorxusu yoxdur. 
 
 
 
 

Bizə qoşulun