Medianews.az
Qənirə Paşayeva xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşma təklif edib
106 baxış

Qənirə Paşayeva xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşma təklif edib

 
 
“Başqa ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin daha da gücləndirilməsi üçün bir sıra addımlara ehtiyac var”. 
 
Publika.Az-ın verdiyi xəbərə görə, bu fikirlər Milli Məclisdə Miqrasiya Məcəlləsinin layihəsi ikinci oxunuşda bu gün müzakirəyə çıxarılıb.  Müzakirələr zamanı Qənirə Paşayeva bildirib ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar, soydaşlarımız   onlara əcnəbi anlayışından yanaşılmasını istəmirlər.  Deputat xarici ölkə vətəndaşı olan azərbaycanlılara fərqli yanaşmanı təklif edib. Millət vəkili Gürcüstanda səfərdə olarkən orada yaşayan azərbaycanlıların, soydaşlarımızın bu məsələni xüsusilə qaldırdıqlarını deyib. Dərbənddəki soydaşlarımız da eyni düşüncədədir. Ümummilli liderimiz Heydər Əliyevin zamanında əsası qoyulan xaricdə yaşayan azərbaycanlılarla bağların daha da gücləndirilməsi istiqamətində aparılan siyasət bu gün də davam etməlidir. 
 
Q. Paşayeva deyib ki,  ailələr var ki, ata xaricə işləməyə gedib, 10-15 ildir ki, gəlmir. Əgər uşaq xəstədirsə, ana onu xaricə müalicəyə apara bilmir, çünki hər iki valideynin icazəsi olmalıdır. Bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliyə ehtiyac var. O təklif edib ki, yerli icra hakimiyyəti orqanlarının verdiyi arayışla bir valideynin razılığı ilə uşağın digər ölkəyə aparılmasına şərait yaradılmalıdır.

Bizə qoşulun