Medianews.az
Fərid Məmmədovu qarşılayan olmadı (FOTO)
181 baxış

Fərid Məmmədovu qarşılayan olmadı (FOTO)

Mayın 18-də İsveçin Malmö şəhərində keçirilən 57-ci beynəlxalq "Eurovision" musiqi yarışmasında ölkəmizi ləyaqətlə təmsil edən və 30 ölkədən səs alaraq Avropa ikincisi olan Fərid Məmmədova qarşı vətənində sayğısızlıq olub.

 

Belə ki, Musavat.com-un əldə etdiyi məlumata görə, böyük uğur sayıla biləcək nəticəylə vətənə dönən Fəridi Binə aeroportunda heç kəs qarşılamayıb. Üzləşdiyi səhnədən mütəəssir olan musiqiçimiz sadəcə "London taksisi"nə oturaraq evinə yollanıb.

 

Gördüyünüz şəkil F.Məmmədovun - "Eurovision-2013"-də dövlət bayrağımızı azı 10 dəfə (hər dəfə 12 xal alanda) bütün Avropanın gözü önündə dalğalandıran musiqiçimizin taksiyə əyləşdiyi zaman çəkilib.

Bizə qoşulun