
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Həsən Şirinov mərhum prezident Heydər Əliyevə şeir yazıb. Medianews.az "Ulu öndər" şeirini təqdim edir.
Nə müddətdir könlüm yaman darıxır,
Gözlərim hər yerdə axtarır səni:
- Xəyalım dolanır, göylərə qalxır,
Göylərin qatında axtarır səni!
Ey ulu öndər!
Bu, bir ayrılıqdır, sonu görünməz
Sirli dünyamızdır, yolu bilinməz!
Ora gedən bir də geriyə dönməz,
Tanrı dərgahında axtarır səni!
Ey ulu öndər!
Xalqını çıxartdın ağ günə, demək
Bəhərin dadmağa qoymadı fələk.
Dövlətə, xalqına İlhamdır gərək!
Onun timsalında axtarır səni!
Ey ulu öndər!
Ha qaçım, çalışım ta sənə yetməm
Sənsiz bu dünyada mən bir yetiməm.
Çətin ki bir daha ürəkdən güləm,
Həsən bu halına axtarır səni!
Ey ulu öndər!