
Müğənni dəvətsiz tamaşaçılara görə özünü itirməyib
Məşhur ingiltərəli müğənni Pol Makkartninin Braziliyanın Qoyanlya şəhərindəki konsertində gözlənilməz məqamlar baş verib. ANS PRESS-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 50 min musiqi melomanının gəldiyi konsertin gur vaxtında gözlənilmədən minlərlə biletsiz tamaşaçı kütləsi əlavə olunub. Bunlar haradan uçub gəldikləri bilinməyən yetərincə böyük ölçüdə çəyirtkələr olub.
Pol Makkartni çağırılmamış qonaqları görüb özünü itirməyib. Peşəkar musiqiçi nəinki konsertə davam edib, hələ üstəlik tamaşaçıların diqqətini yayındıran biletsiz qonaqların gəlişini yumorla qarşılayıb. Məsələn, ifanı kəsmədən çiyninə qonan çəyirtkəni "Ey, Cud" deyə adlandırıb.
http://www.youtube.com/watch?v=aTe4AYsg07I