Partlayış zamanı bir neçə bina çöküb, xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışırlar

 Türkiyənin Milliyyət qəzetinin yaydığı məlumata görə, Hatayın Reyhanlı mahalında baş verən partlayışda ölənlərin sayı 50 nəfərə çatıb. Yaralılların sayı isə 1000-i keçib. Məlumata görə partlayış zamanı bir neçə bina çöküb və xilasedicilər dağıntılar altında qalanları çıxarmağa çalışırlar.

 *** 19:45

 Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərindəki bələdiyyə binası yaxınlığında baş vermiş partlayışda ölənlərin sayı 40-a çatdı. 29-u ağır olmaqla 100 nəfər şəxsin yaralı olduğu bildirilir. Partlayışın təsirindən bələdiyyə binasına ciddi ziyan dəyib, bir evin çökməsi nəticəsində çox sayda insan yaralanıb. Küçənin ortasında böyük bir çuxur əmələ gəlib. Bu arada bələdiyyə binasının yanında partlayan avtomobilin qarşısına məftillə bağlandığı ehtimal olunan yanmış bir cəsəd tapılıb. 

 ***18.11

 Bu gün Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində partlayış baş verib. ANS PRESS-n Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bələdiyyə binasının qarşısında içrəsinə bomba yerləşdirilmiş iki avtomobil partladılıb. Nəticədə 4 nəfər ölüb, 18 nəfər yaralanıb. 

Partlayışın təsirindən bələdiyyə binası daxil olmaqla yaxınlıqdakı binaların bir neçəsinə zərər dəyib. Bundan təşvişə düşən yerli sakinlər mahalı tərk etməyə başlayıblar.

Partlayışdan sonra bir neçə gənc yoldan ötən suriyalılara hücum ediblər. Polis havaya atəş açmaqla münaqişənin qarşısını alıb. 

Səhiyyə naziri Mehmet Mezzinoğlu Rehanlıya təxminən 15 təcili yardım maşını göndərildiyini, əlavə olaraq 2 təcili yardım təyyarəsi və helikopterin də göndəriləcəyini bldirib.

Xatırladaq ki, bu ilin fevral ayının 11-də Hatayda baş verən terror aktında 14 nəfər ölmüş, daha 26 nəfər isə yaralanmışdı. Beləliklə Hatayda törədilən terror aktlarında ölənlərin sayı 18-ə çatıb. 

 

 

http://www.youtube.com/watch?v=Z4zEvfhAp4o