Medianews.az
"Sarı xəbərdarlıq" edildi
192 baxış

"Sarı xəbərdarlıq" edildi

 

Yağış Çində həyatı iflic edib

Çinin mərkəzi və cənubi bölgələrində aramsız yağan leysan yağışlar daşqına səbəb olub. Regionda on minlərlə adam evsiz qalıb. Güclü küləklə müşayiət edilən leysan yağışlar Qandun vilayətinin inzibati mərkəzi olan Qansu şəhərini su basmasına səbəb olub.

Yağışla əlaqədar "sarı xəbərdarlıq" elan edilib. Bu isə Çində 4-rəngli hava xəbərdarlığı sisteminin ikinci ciddi səviyyəsidir. 

Leysan Hunan əyalətinin şəhərlərində də həyatı iflic edib. Burada yüzlərlə evi su basıb, kənd təsərrüfatına ciddi ziyan dəyib. Linvu şəhərində yağış çayın öz məcrasından 20 metr çıxmasına səbəb olub.

Çinin mərkəzi-cənub bölgələrinin əsas yolları bağlanıb.

Bizə qoşulun