Xəbər verdiyimiz kimi, Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.
Xəstə Mübariz Əliyev hadisə yerində vəfat edib, bir həkim xəsarət alıb.
Yaralanan həkimin kimliyi barədə məlumat yayılıb.
O, Həkim-radioloq Asif Nəsirlidir. Həkimin vəziyyətinin ağır olduğu və təcili əməliyyat olunduğu bildirilir.

Medianews.az xəbər verir ki, Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə- profilaktika fakültəsində təhsil alıb.
2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçib.
2006-2008-ci illərdə Milli Onkologiya Mərkəzində kliniki-ordinatura keçib.
2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışır.
2008-2012-ci illərdə Türkiyə və Rusiyada uzun müddətli ixtisas artırma kursları keçib.
Fəaliyyətinin əsas istiqaməti uşaqlarda və böyüklərdə rast gəlinən solid şişlərin və onkohematoloji xəstəliklərin şüa terapiyasıdır.
9 elmi nəşri çap olunub.
Medianews.az