Medianews.az
Gəncədə 22 yaşlı oğlan özünü qumbara ilə partladaraq intihar edib
336 baxış

Gəncədə 22 yaşlı oğlan özünü qumbara ilə partladaraq intihar edib

 Bu gün Gəncədə dəhşətli intihar hadisəsi baş verib.

Gəncə şəhər Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Məmmədov saat 15.00 radələrində intihar edib.

 Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə baxış keçirən zaman məlum olub ki, K. Məmmədov özünü əl qumbarası ilə partladıb.

 Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bizə qoşulun