Medianews.az
RUSİYADAKI KORRUPSİYANI AÇAN BİZNESMEN BRİTANİYADA ÖLÜ TAPILDI
113 baxış

RUSİYADAKI KORRUPSİYANI AÇAN BİZNESMEN BRİTANİYADA ÖLÜ TAPILDI

Aleksandr Perepiliçnıy vəkil Sergey Maqnitskinin həbsinə və işgəncələrlə öldürülməsinə gətirib çıxaran korrupsiya sxemini açmışdı.

Rusiyalı korrupsioner məmurları ifşa edən biznesmen Aleksandr Perepiliçnıy Böyük Britaniyada ölü tapılıb. “The İndependent” qəzetinin xəbərinə görə, biznesmen üç il əvvəl İsveçrə prokurorluğunun Rusiyadan olan yüksək vəzifəli məmurlar tərəfindən istifadə edilən çirkli pulların yuyulması mexanizminin üzə çıxarılmasına kömək edən əsas fiqur olub.

Bildirilir ki, 44 yaşlı biznesmenin cəsədi onun Surrey qraflığındakı dəbdəbəli mülkünün yaxınlığında aşkar edilib. Biznesmen üç il əvvəl Rusiyadan qaçaraq Britaniyaya sığınıbmış. Tanıyanların və qonşuların bildirdiyinə görə, Perepiliçnıyın səhhəti normal olub və onun ölüm səbəbi müəmmalıdır. Polis faktla bağlı araşdırma aparır.

 


Bildirilir ki, biznesmen hələ iki həftə əvvəl ölüb, ancaq mətbuat bundan indi xəbər tutur. Perepiliçnıyın ifşa etdiyi korrupsiya sxemi Rusiyada Britaniya investisiya fondu “Hermitage Capital Management”in hüquqşünası olan vəkil Sergey Maqnitskinin həbsinə və həbsxanada məruz qaldığı işgəncələrdən ölməsinə səbəb olub.

 

Qərb dövlətləri Maqnitskinin ölümünə görə Rusiya hakimiyyətini sərt tənqid ediblər və ABŞ Konqresi onun ölümündə rolu olan rəsmilərə qarşı sanksiyalar tətbiq edib. “The İndependent” ehtimal edir ki, rusiyalı məmurları ifşa edən və bu barədə İsveçrə prokurorluğunda ifadə verən biznesmeni rus mafiyası aradan götürə bilərdi. 

 

musavat.com

Bizə qoşulun