Milli komandamızın kapitanı Rəşad Sadıqov karyerasını yenidən Türkiyə çempionatında davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Məlumata görə, Rəşad Rail Məlikovun forma geyindiyi “Dənizlispor”la prinsipial anlaşma əldə edib. Xəbərdə qeyd edilir ki, Dənizli klubu Sadıqovla danışıqları sürətləndirib. Bundan əvvəl Türkiyədə “Kayserispor”, “Kocaelispor” və “Eskişəhərspor”un formalarını geyinən futbolçumuzun bu komandada oynamağa müsbət yanaşdığı deyilir.
Qeyd edək ki, “Dənizlispor” klubunun rəsmiləri – vitse-prezident İhsan Niyazi və baş menecer Mehmet Ali Keskinler ölkəmizdə səfərdədi. “Bakı”nın kapitanı Elvin Məmmədovun oyununu izləyən qonaqların “Neftçi”dən Rəşad Sadiqov, “Turan”dan Salif Ballo, Ruslan Zubkov və Ender Günlü, “Xəzər Lənkəran”dan Saido Tounkara, AZAL-dan isə Zohair Benuahi və Orxan Səfiyaroğlu ilə maraqlandığı barədə xəbərlər var.
Fanat.az