Medianews.az
Trampla bağlı çətin suala
69 baxış

Trampla bağlı çətin suala belə cavab verdi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın siyasətinin dünyanı daha təhlükəli edib-etmədiyi ilə bağlı suala konkret cavab verməyib.

Medianews.az-ın məlumatına görə, Zelenski bildirib ki, onun bu suala ədalətli cavabı yoxdur və mövzuya obyektiv yanaşmağa çalışır.

Zelenski eyni zamanda NATO ölkələrinin liderlərini parçalanmadan çəkinməyə çağırıb. Onun sözlərinə görə, alyans daxilində hər hansı fikir ayrılığı tərəfləri zəiflədə bilər.

Ukrayna lideri Trampın Böyük Britaniyanın baş naziri Kir Starmer barədə səsləndirdiyi tənqidlərə də toxunub. Zelenski bildirib ki, tərəflər bir araya gələrək ortaq mövqe tapmalıdır.

Zelenski əlavə edib ki, Yaxın Şərqdə, xüsusilə İran ətrafında baş verən gərginliyə baxmayaraq, beynəlxalq diqqət Ukraynada qalmalıdır.

Medianews.az

Bizə qoşulun