Həkim Karlos Xaramillo əsəbləri zəif onlara üç qidanın məhdudlaşdırılmasını tövsiyə edib.
Medianews.az xəbər verir ki, sözügedən qidalara ağ un, şəkər və desertlər daxildir. Bu qidalar səbəbsiz yerə təşvişə düşən insanlar üçün zərərlidir.
Xaramillo izah edir ki, onlar maddələr mübadiləsinə mənfi təsir göstərir. Qan qlükozası qeyri-sabit olduqda, sinir sistemi aktivləşir və bədənin bunu təhlükə kimi qəbul etməsi nəticəsində narahatlıq artır.
Mütəxəssis həmçinin qan qlükozasında kəskin artım yaratmayan qidaların yüksək narahatlıq keçirənlər üçün daha uyğun olduğunu bildirib. Onun tövsiyəsinə görə, pəhrizdə zülal, sağlam yağlar və lif miqdarını artırmaq vacibdir.
Xaramillo əlavə edib ki, serotonin hormonu, rifah hissi ilə birbaşa əlaqəli olaraq, əsasən bağırsaqda istehsal olunur. Buna görə də fermentləşdirilmiş qidalar, məsələn, kefir və turş kələm, əsəblərə və rifah üçün faydalıdır.
Ekspertin sözlərinə görə, sadə qida dəyişiklikləri ilə həm narahatlıq səviyyəsi azaldıla, həm də ümumi rifah hissi yaxşılaşdırıla bilər.
Medianews.az