Türkiyədə yayımlanan “Yeraltı” serialı ilə bağlı yeni ayrılıq iddiası gündəmə gəlib.
Medianews.az xəbər verir ki, serialda “Ferhat” obrazını canlandıran Ekin Mert Daymaz haqqında sosial şəbəkələrdə və media kulislərində layihədən ayrılacağı barədə xəbərlər yayılıb.
İddialara görə, mövsüm finalında Ferhat obrazının taleyi ilə bağlı dramatik hadisələr yaşanacaq və bu səbəbdən aktyorun seriala vida edə biləcəyi ehtimal olunur. Lakin hazırkı mərhələdə nə prodüser şirkəti, nə də aktyor tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Yeraltı” serialı son dönəmdə reytinqlərdə uğurlu nəticələri ilə diqqət çəkir və mövsüm finalı öncəsi baş verən ayrılıq xəbərləri tamaşaçılar arasında geniş müzakirələrə səbəb olub.