Yaponiya Çinə etiraz edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Yaponiya müdafiə naziri Şinjiro Koizumi bildirib.
Buna səbəb Çinin J-15 qırıcılarının iki dəfə radarlarını Okinava adası yaxınlığında beynəlxalq sularda uçan Yapon F-15 qırıcılarına yönəltməsi olub.
“Bu təhlükəli bir hərəkət idi və mən buna görə çox təəssüflənirəm. Biz Çin tərəfinə kəskin etirazımızı bildirdik və bunun gələcəkdə baş verməməsini tələb etdik”, - nazir bildirib.