Medianews.az
Yaponiyada qar fəlakətindən
71 baxış

Yaponiyada qar fəlakətindən ölənlərin sayı artıb

Yaponiyanın şimalında və Yapon dənizi sahillərində yağan güclü qar nəticəsində azı 42 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya Yanğından Mühafizə və Xilasetmə Agentliyi məlumat yayıb.

Məlumata görə, qar fəlakəti zamanı 444 nəfər xəsarət alıb, bunlardan 156 sakinin vəziyyəti ağır qiymətləndirilir.

Sinoptiklər ölkədə pis hava şəraitinin davam edəcəyini proqnozlaşdırırlar.

Daha əvvəl Yaponiyada güclü qar yağması səbəbindən 35 nəfərin öldüyü barədə məlumat verilmişdi.

Bizə qoşulun