Yaponiya parlamentinin aşağı palatasına fevralın 8-də keçirilmiş növbədənkənar seçki hakim koalisiyanın böyük üstünlüyünə gətirib.
Medianews.az bildirir ki, ilkin nəticələrə görə, baş nazir Sanae Takaitinin Liberal Demokrat Partiyası 465 nəfərlik Nümayəndələr Palatasına 316 mandat, onun koalisiya ortağı olan İnnovasiyalar Partiyası 36 mandat qazanır.
1961-ci il təvəllüdlü Sanae Takaiti 2025-ci il oktyabrın 21-dən baş nazirdir. Hakim koalisiya parlamentin hər iki palatasında azlıqda olduğundan yanvarın 23-də aşağı palata buraxılmışdı.
248 nəfərlik yuxarı palatada – Müşavirlər Palatasında hökumət qanadının 120 mandatı var.
Toğrul Əli,
Medianews.az