ABŞ-də bir kişi lotereyada pretzel sayəsində 200.000 dollar udub.
Medianews.az xəbər verir ki, hadisə Cənubi Karolinada baş verib.
Kişi mağazaya bir paket pretzel almaq üçün gedib. Kassada dayanarkən lotereya biletləri görüb və bir neçəsini almaq qərarına gəlib. Onlardan biri ona varlanmağa kömək edib.
Kişi duzlu qəlyanaltılara olan sevgisinin ona pul gətirəcəyini gözləmədiyini söyləyib. O, pulu maşına xərcləməyi planlaşdırır.
Medianews.az