Medianews.az
Yanğında ölən Arzunun atasından təsirli paylaşım -
64 baxış

Yanğında ölən Arzunun atasından təsirli paylaşım - FOTO

Noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğında həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, vəkil Əli Qəmbərov, sosial şəbəkədə ürəkdağlayan paylaşım edib.

Vəkil qızı ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq belə yazıb:

"Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm. Bağışla, səni qoruya bilmədim..."

Xatırladaq ki, Bakıda baş vermiş yanğında ümumilikdə 3 nəfər həlak olub, 25 nəfər isə tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Bizə qoşulun